Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad edib. Azvision.az xəbər verir ki, DTX-nın rəisi general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, DTX-nin N saylı hərbi hissəsinin zabit və əsgərləri Fəxri xiyabanda Ulu Öndərin məzarı önünə əklil qoydular, xatirəsinə ehtiramlarını bildirdilər.