Prezident Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

 Prezident Heydər Əliyevin məzarını ziyarət edib -  FOTOLAR
  12 Dekabr 2018    Oxunub:6087
Prezident İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Azvision.az xəbər verir ki, ölkə başçısı Ulu Öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səslənib.
Prezident və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyublar. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib.

Ümummilli liderin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər. Qeyd edək ki, bu gün Azərbaycanın ümummilli lideri, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin vəfatından 15 il keçir.













Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Heydər-Əliyev  





Xəbər lenti