133 cinayətdən 17-si “isti izlər”lə açıldı

    133 cinayətdən 17-si “isti izlər”lə açıldı
  12 Dekabr 2018    Oxunub:3773
Dekabr ayının 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 133 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti