Tereza Mey partiya liderliyindən kənarlaşdırılır

              Tereza Mey partiya liderliyindən kənarlaşdırılır
  12 Dekabr 2018    Oxunub:6665
Böyük Britaniyanın baş naziri Tereza Mey Mühafizəkarlar partiyasının liderliyindən uzaqlaşdırılır. Azvision.az "Reuters"-ə istinadən xəbər verir ki, bu gün Tereza Meyə qarşı partiyadaxili etimad səsverməsi keçiriləcək.
Britaniya parlamentinin İcmalar palatasının kabinetlərindən birində yerli vaxtla 18:00-20:00 arasında baş tutacaq gizli səsvermənin nəticələri qısa zamanda açıqlanacaq.

"Mühafizəkarlar partiyasının liderinə qarşı bu gün etimad səsverməsi prosedurunun başladılması üçün partiya üzvlərinin 15 faizinin razılığı əldə olunub. Səslər dərhal hesablanacaq və səsvermə bitdikdən sonra nəticələr bu axşam mümkün qədər tez bir zamanda açıqlanacaq" - Mühafizəkarlar partiyasının 1922-ci komitəsinin sədri Qraham Bredi bildiirb.

Əgər Mey partiya sədrliyindən uzaqlaşdırılarsa, onda Britaniya Avropa İttifaqından "Brexit" sazişi olmadan ayrılacaq, ya da yenidən referendum keçirilməklə "Brexit" prosesi ləğv edilə bilər.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Tereza-Mey  





Xəbər lenti