Heydər Əliyevin xatirəsi Kolumbiyada anılıb
H.Zeynalov 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda müstəqilliyin ilk illərində siyasi xaos hökm sürdüyünü bildirib. O, diqqətə çatdırıb ki, ölkəmiz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmış, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda Azərbaycan xalqın təkidli tələbi ilə Bakıya gələrək müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısını qətiyyətlə alıb. Ümummilli lider Heydər Əliyevin müdrikliyi və apardığı düzgün siyasət nəticəsində Azərbaycan qısa müddət ərzində bütün təhlükələrdən qurtulub, müstəqil dövlətə çevrilib, Azərbaycan sabitlik inkişaf dövrünə qədəm qoyub.
Müvəqqəti işlər vəkili vurğulayıb ki, Ulu öndərin müəyyənləşdirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünyada layiqli yerini tutub, beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınıb. Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra işğalçı Ermənistan istisna olmaqla Azərbaycan bütün dövlətlərlə yaxın münasibətlərin qurulması və inkişaf etdirilməsinə nail olunub.
Diplomat bu gün Azərbaycanın Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyini xüsusi qeyd edib, son illər ölkəmizin qazandığı nailiyyətlər barədə ətraflı məlumat verib.
Türkiyənin Kolumbiyadakı səfiri Ece Öztürk Çil tədbirdə çıxış edərək Heydər Əliyev tarixi bir şəxsiyyət və Azərbaycanın dövlət müstəqilliyinin təminatçısı olduğunu söyləyib. Səfir Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində Azərbaycanın dünya miqyasında tanındığını və ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin qurulmasında müstəsna rolunu diqqətə çatdırıb. Tədbirdə Ümummilli lider Heydər Əliyev haqqında sənədli film nümayiş etdirilib.
Azvision.az
Teqlər: Heydər-Əliyev Kolumbiya