Prokuror Trampın ailəsinə qarşı istintaq başladır
“Biz Trampın və onun ailəsinin bütün qanunsuz biznes əməliyyatlarını araşdırmaq üçün hüququn hər bir sahəsindən istifadə edəcəyik” – prokuror Ceyms vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl “New York Times” qəzeti ABŞ prezidenti Donald Tramp və ailəsi ilə bağlı apardığı xüsusi araşdırma nəticəsində Trampın 1990-cı illərdə şübhəli vergi sistemi qurduğunu və ailə üzvlərinin milyonlarla dollar məbləğində vergidən yayınmasına kömək etdiyini iddia edib. Həmçinin, prezidentin atası Fred Trampın öz övladlarına 1 milyard dollardan çox miras qoyduğu və bunun vergisinin 550 milyon dollar olduğunu yazan qəzet, Tramp qardaşlarının mirasa görə sadəcə 52,2 milyon dollar vergi ödədiklərini üzə çıxarıb. Və məlum olub ki, ABŞ-ın Daxili Gəlirlər Xidməti Tramp ailəsinin bu cür ciddi qanun pozuntuları və maliyyə maxinasiyalarına göz yumub.
2016-cı ildə seçkiqabağı kampaniyada prezidentliyə rəqib namizəd Hillari Klinton da Trampı vergidən yayınmaqda günahlandırmışdı. Lakin ittihamlardan yaxa qurtarmaq üçün Tramp vergi bəyannamələrini ictimailəşdirməkdən imtina etmişdi. Hətta bildirmişdi ki, öz şirkətini heç kəsin dəstəyi olmadan təkbaşına qurub və ailəsindən ona çox az miqdarda miras qalıb (lakin Trampın uşaqlığından bəri ailəsindən 413 milyon dollar miras əldə etdiyi bildirilir).
Leyla Elbrusqızı
Azvision.az