Braziliya səfiri Azərbaycandan gedir

Braziliya səfiri Azərbaycandan gedir
  13 Dekabr 2018    Oxunub:2177
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Braziliya arasındakı ikitərəfli əlaqələr, o cümlədən siyasi, iqtisadi, ticari və mədəni sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Səfir Santyaqo Luis Bento Fernandes Alkasar diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrə görə səfir Santyaqo Luis Bento Fernandes Alkasara təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azvision.az



Teqlər: Braziliya   Səfir  





Xəbər lenti