Bakı bulvarı Yeni il bayramına hazırlaşır
Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Gunay Yelmarqızı Azvision.az -a açıqlamasında bildirib ki, artıq Dənizkənarı Milli Park ərazisi boyunca ağaclar çıl-çıraqlarla bəzədilib.
G.Yelmarqızı, həmçinin qeyd edib ki, ərazi işıqlarla bəzədilib, iri ölçüdə rəmzi hədiyyə qutuları və “qar adamı” da quraşdırılacaq: “Ərazidəki gəzinti qatarları və retro maşınlar bəzədiləcək, Neftçilər prospekti boyu işıq dirəklərində Azərbaycan bayrağı əks olunacaq. Yeni il hazırlıqları artıq yekunlaşmaq üzrədir. Bayram günlərində Dənizkənarı Bulvar İdarəsi paytaxt sakinləri və qonaqlara maraqlı proqramlar təqdim edəcək”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Bulvar Bakı Bayram Yeni-il