“Ermənistanı təcrid vəziyyətində saxlayacağıq” - Prezident

 “Ermənistanı təcrid vəziyyətində saxlayacağıq” -    Prezident
  13 Dekabr 2018    Oxunub:3093
"2018-ci il ölkəmiz üçün uğurlu il olub, bütün sahələrdə, həmçinin idman sahəsində Azərbaycan böyük nailiyyətlər qazanıb".

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.
Dünyada təhlükəli proseslərin getməsinə, beynəlxalq vəziyyətin daha da gərginləşməsinə baxmayaraq, ölkəmizdə sabitliyin, təhlükəsizliyin təmin edildiyini, qarşıda duran bütün vəzifələrin icra olunduğunu deyən dövlətimizin başçısı bu il Ermənistanda baş verən ciddi dəyişikliklər nəticəsində 20 ildən çoxdur mövcud olan kriminal xunta rejiminin çökdüyünü diqqətə çatdırıb, Azərbaycanın ardıcıl və məqsədyönlü siyasətinin bu rejimin çökməsində öz rolunu oynadığını vurğulayıb.

“Nə qədər ki, torpaqlarımız işğal altındadır biz Ermənistanı təcrid vəziyyətində saxlayacağıq. Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi şəkildə tərk edir”, - deyən Prezident İlham Əliyev bildirib ki, biz beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəfik.

Azərbaycanın bu gün dünya miqyasında çox böyük hörmətə layiq olduğunu, beynəlxalq nüfuzumuzun artdığını deyən dövlətimizin başçısı Avropa İttifaqı ilə imzalanan əməkdaşlıq sənədində və NATO-nun Zirvə görüşündə qəbul edilən Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəyin əhəmiyyətini vurğulayıb.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti