DSX 110 ədəd pirotexniki vasitə aşkarlayıb

  13 Dekabr 2018    Oxunub : 788
DSX 110 ədəd pirotexniki vasitə aşkarlayıb
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Qax rayonunun Lələli kəndi yaxınlıqdakı sərhəd zastavasının xidməti ərazisində, Alazan çayının kənarında gizlədilən 2 ədəd bağlamada müxtəlif çeşidli 110 ədəd pirotexniki vasitə aşkar olunaraq götürülüb.
Azvision.az xəbər verir ki, bu barədə DSX-nın Mətbuat Mərkəzinin məlumatında qeyd olunub.

Bildirilib ki, faktla əlaqədar əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Azvision.az

Teqlər: DSX