Prezident keniyalı həmkarını təbrik edib

Prezident keniyalı həmkarını təbrik edib
  13 Dekabr 2018    Oxunub:1748
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Keniya Respublikasının Prezidenti Uhuru Kenyattanı təbrik edib.
Azvision.az -ın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti