Rusiyada enerji qəzası: Azərbaycan qonşu ölkəyə işıq verdi

     Rusiyada enerji qəzası:    Azərbaycan qonşu ölkəyə işıq verdi
  13 Dekabr 2018    Oxunub:2915
Dekabrın 12-də Rusiya enerji sisteminin Artyom-Mahaçqala elektrik verilişi xəttində baş vermiş qəza açılması ilə əlaqədar olaraq saat 8:52-dən 20:51-dək Azərbaycan enerji sistemi Rusiya enerji sisteminin Dağıstan enerji qovşağını (Dərbənd yarımstansiyası) 140-160 meqavat gücündə elektrik enerjisi ilə təmin edib.
“Azərenerji” ASC-dən Azvision.az -a verilən məlumata görə, enerji ixracı Azərbaycan ilə Rusiya arasında imzalanmış “Qəza vəziyyətində qarşılıqlı yardım Müqaviləsi” çərçivəsində həyata keçirilib.

Bu ilin iyul-noyabr ayları ərzində sözügedən müqavilə üzrə hər iki enerji sistemində təmir-qəza rejimlərində elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə reallaşdırılıb. Elektrik enerjisinin Rusiyadan Azərbaycana idxalının həcmi 16,4 milyon kilovat-saat, Azərbaycandan Rusiyaya ixrac isə 32,4 milyon kilovat-saat təşkil edib.

Azvision.az



Teqlər:





Xəbər lenti