Qazaxıstandan Qarabağ məsələsində Azərbaycana dəstək

   Qazaxıstandan Qarabağ məsələsində Azərbaycana dəstək
  14 Dekabr 2018    Oxunub:2068
"Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağ münaqişəsində Azərbaycana daim dəstək verir"
Azvision.az xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.

Diplomat bildirib ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuş dostluq və qardaşlıq münasibətlərini bu gün dövlətlərimizin başçıları uğurla davam etdirirlər.

"Azərbaycanı və Qazaxıstanı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri birləşdirir. Ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil və digər sahələrdə əməkdaşlıq mövcuddur", - deyə səfir vurğulayıb.

Azvision.az



Teqlər: Qazaxıstan   Səfir  





Xəbər lenti