Səbailin yeni başçısı müavinini dəyişdi

 Səbailin yeni başçısı müavinini dəyişdi
  14 Dekabr 2018    Oxunub:3599
Səbailin icra başçının müavini Abid Əliyev vəzifəsindən azad olunub.

Azvision.az xəbər verir ki, bu barədə rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov müvafiq əmr imzalayıb. Başçının digər əmri ilə həmin vəzifəyə Vüqar Şıxməmmədov təyin olunub. O, bundan öncə Mədəniyyət Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Abid Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatında idarə rəisi təyin ediləcəyi gözlənilir.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Səbail  





Xəbər lenti