“Avropa İttifaqı ilə yeni saziş marta qədər imzalana bilər” - Nazir müavini

 “Avropa İttifaqı ilə yeni saziş marta qədər imzalana bilər” -    Nazir müavini
  14 Dekabr 2018    Oxunub:3162
"Avropa İttifaqı (Aİ) ilə yeni tərəfdaşlıq sazişi mart ayına qədər imzalana bilər".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavini qeyd edib ki, Aİ-dəki seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, Azərbaycan sazişin paraflanaraq imzalanmasında maraqlıdır:

"Düşünürəm ki, Avropa İttifaqında keçiriləcək seçkilərin nəticələri Azərbaycanla bağlanacaq sazişə təsir etməyəcək. Çünki hər iki tərəf bu sazişin imzalanmasında maraqlıdır"

Elvin Abdulqədirov
Azvision.az



Teqlər:   XİN  





Xəbər lenti