“15 ildə gənclər sahəsinə ayrılan vəsait 100 dəfə artıb” - Nazir

   “15 ildə gənclər sahəsinə ayrılan vəsait 100 dəfə artıb” -    Nazir
  14 Dekabr 2018    Oxunub:2308
“Azərbaycan gənc ölkədir. Əhalinin 60 faizi 30 yaşdan aşağıdır. Ölkəmizdə 2001-ci ildə gənclərlə bağlı qanun qəbul edilib, bundan əvvəl isə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. Bütün bunlar gənclərə olan diqqətin göstəricisidir”.
Azvision.az xəbər verir ki, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın gənc parlament üzvlərinin V Qlobal Konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, Azərbaycanın dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsait 2003-cü ildən indiyədək 100 dəfə artıb: “Son 10 il ərzində 41 gənclər mərkəzi yaradılıb, ölkədə 300-dən çox gənclərlə bağlılığı olan qeyri-hökumət təşkilatı var. Ölkədə gənc sahibkarlar dəstəklənir, gənclərin öz biznesini yaratmasına şərait yaradılır. Azərbaycan gəncləri Avropa Şurası, BMT, Avropa İttifaqı və 30-dan çox beynəlxalq, humanitar təşkilatlarda təmsil olunur”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Azad-Rəhimov  





Xəbər lenti