İran deputatı: “Urmiya gölünün vəziyyəti yaxşı deyil”

     İran deputatı:    “Urmiya gölünün vəziyyəti yaxşı deyil”
  14 Dekabr 2018    Oxunub:2058
“İranın ən böyük daxili, dünyanın isə ən böyük duzlu gölü olan Urmiya gölünün vəziyyəti yaxşı deyil. 52 min kvadrat kilometrdən ibarət olan gölün quruması mənfi təsirə malikdir”
Azvision.az xəbər verir ki, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın gənc parlament üzvlərinin V Qlobal Konfransında İranın deputatı Hadi Bahaduri deyib.

O, bildirib ki, yaxınlıqda müxtəlif su anbarlarının yaradılması, su quyularının qazılması, tarlaların bağlara çevrilməsi və bu kimi məsələlər, eləcə də suyun daha çox istifadə olunması belə bir ekoloji fəlakətə səbəb olub.

H.Bahaduri, həmçinin qeyd edib ki, İran dövləti Urmiya gölünün yenidən qurulması üçün addımlar atır: “Bu, tədbirlər 6 ildir davam etdirilir. Hətta bununla bağlı dövlət proqramı da hazırlanıb”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: İran   Urmiya   Göl  





Xəbər lenti