Paşinyan “Tvitter”də Qarabağdan yazdı: “Münaqişənin həlli...”

 Paşinyan “Tvitter”də Qarabağdan yazdı:  “Münaqişənin həlli...”
  14 Dekabr 2018    Oxunub:4829
"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Ermənistan üçün başlıca prioritet olaraq qalır"

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan öz "Tvitter" səhifəsində bəyan edib.
“Biz regionda sülh və təhlükəsizlik naminə sülh prosesini davam etdirəcəyik. Münaqişənin həlli bütün tərəflərin həqiqi səy göstərməsini tələb edir”, - Paşinyan yazıb.

Bununla da o, Qarabağ separatçılarının üçüncü tərəf kimi danışıqlar masasında əyləşməsinin vacibliyi ilə bağlı destruktiv mövqeyindən əl çəkmədiyini göstərib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər:





Xəbər lenti