Ermənistanda rusdilli televiziya proqramı bağlanıb
"Layihə yeni mövsümdən sırf erməni dilində efirə çıxacaq. Hökumət proqram üçün 17 milyon dram (təxminən 35 min dollar) vəsait ayıracaq. Mən təşkilatçıları dəfələrlə oyunu rus dilində apardıqlarına görə tənqid etmişəm", - deyə Arutyunyan özünün "facebook" səhifəsində yazıb.
Bununla da Ermənistanda rus dilində çıxan sonuncu televiziya proqramı bağlanıb. Bir neçə gün əvvəl məlum olub ki, Ermənistanı tərk edərək Rusiyada vətəndaşlıq alan ermənilərin sayı artıb.
Azvision.az
Teqlər: Ermənistan