Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib

Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib
  16 Dekabr 2018    Oxunub:1653
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilastçılığı ilə İstanbulda “Türkiyədə yaşayan azərbaycanlılarla görüş: planlar və perspektivlər” mövzusunda görüş keçirilib.
Azvision.az xəbər verir ki, görüşdə Türkiyədə yaşayan azərbaycanlılar, Türkiyənin rəsmi şəxsləri, bu ölkənin universitetlərindən məzun olmuş və hazırda təhsil alan azərbaycanlı gənclər, Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri, fəalları, nüfuzlu azərbaycanlı iş adamları, KİV-nin nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və kitablardan ibarət sərgiyə baxış keçirilib. Görüş ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildikdən sonra Azərbaycan və Türkiyənın dövlət himnləri səsləndirilməsi ilə öz işinə başlayıb.

Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev 2019-cu və növbəti illər üçün nəzərdə tutulmuş tədbirlərlə bağlı məlumat verib. O, dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyədə yaşayan soydaşlarımızın sosial müdaifəsinin təmin edilməsi, hüquq və azadlıqlarının qorunması, onların yerli cəmiyyətə inteqrasiyasının Dövlət Komitəsinin prioritetlərini təşkil etməklə yanaşı, bu istiqamətdə müasir dövrün çağırışlarına uyğun fəaliyyətinin təşkil edildiyi diqqətə çatdırıb. Azərbaycan və türk diaspor təşkilatlarının fəaliyyətinin vahid konsepsiya əsasında əlaqələndirilməsi və onların təşkilatlanma prosesinin sürətləndirilməsi, beynəlxalq müstəvidə vahid mövqedən çıxış etmələrinin vacibliyi bildirilib. Bu görüşün də soydaşlarımız arasında birlik və həmrəliyin, diaspor təşkilatlarının birgə fəaliyyətinin təmin olunması, Türkiyədə Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə keçirildiyini diqqətə çatdırıb.

Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli 2018-cu ilin yekunları barədə, Dövlət Komitəsi tərəfindən son dövrlər görülmüş işlər, eləcə də, dünya azərbaycanlılarının virtual birliyinə nail olmaq məqsədi ilə İKT vasitəsi ilə icra edilmiş layihələr haqqında danışıb. Eyni zamanda, həyata keçirilmiş digər layihələrlə bağlı videoçarxlar nümayiş etdirilib.

Türkiyə Respublikası Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin şöbə müdiri Murat Kazancı çıxışında Dövlət Komitəsi ilə təmsil etdiyi qurum arasında qarşlıqlı əməkdaşlıq əlaqələrinin qurulduğunu, iki qurum arasında diaspor siyasətinə dair anlaşma memerandumunun imzalanması xatırladıb. M.Kazancı Türk Şurası ilə əməkdaşlıq çərçivəsində 2019-cu ildə bir çox iri layihələrin icra ediləcəyini bildirib. Bununla yanaşı, Azərbaycan və türk diaspor təşkilatlarının, o cümlədən türkdilli diasporların ortaq maraq və məqsədlər baxımından beynəlxalq platformlarda birgə çıxış etmələrinin təşviq edilməsi sahəsində də konkret addımların atıldığını və bunun daim davam etdiriləcəyini bildirib.

Görüşdə Avropa Azərbaycanlıları Konqresinin fəxri sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Başar Kömür və Bilkənt Universitetinin Nanotexnologiya Araşdırma Mərkəzi - NANOTAM-da Baş məsləhətçi, professor, Dövlət mükafatı laureatı Əmrulla Məmmədov diaspor hərakatının inkişaf etdirilməsi üçün müasir dövrün elmi nailiyyətlərinin, İKT imkanlarından geniş istifadə etməyin, ziyalıların, alimlərin bu sahədə fəaliyyət göstərən ekspertlərin cəlb olunmasının və Azərbaycan diasporunu akademik səviyyədə fəaliyyətinin vacibliyini qeyd edib.

Türkiyənin Giresun Universitetinin sabiq rektoru, tarix elmləri doktoru, professor Aygün Attar isə görüşün azərbaycanlıları narahat edən problemlərin və onları maraqlandıran məsələlərin öyrənilməsi, onların arasında birlik və həmrəyliyin möhkəmləmdirilməsi baxımdan əhəmiyyətindən danışıb.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, provfessor Akkan Süver isə Azərbaycan-Türkiyə münasibətlərinə toxunarkən hər iki ölkə arasında bütün sahələrdə yüksək əməkdaşlıq və enerji layihələrinin bu əlaqələrin regionda, dünya birliyində mövqelərini möhkəmləndiriməsinin əhəmiyyətini qeyd edib.

Türkiyə parlamentinin 24-cü çağırış deputatı, Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) qurucusu və sədri Sinan Oğan çıxışında əsasən Türkiyədəki Azərbaycan və türk diaspor təşkilatların yerli və beynəlxalq mediada müntəzəm çıxışlarını, beynəlxalaq təşkilatlarla əməkdaşlıq və gənclərin sosial şəbəkələrdə hər iki ölkənin maraqlarını müdafiə etməsinin vacibliyini vurğulayıb.

Milliyətçi Hərəkat Partiyasının İğdır Bələdiyyəsinə namizədi, əslən azərbaycanlı İsa Yaşar Təzəl 2019-cu ildə Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində iştirak etdiyini və gələcək ictimai-siyasi fəaliyyətində daim Azərbaycan və Türkiyə münasibətlərini, Türkiyədə yaşayan azərbaycanlıların problemlərini diqqətdə saxlayacağını bildirib.

Daha sonra diaspor təşkilatlarının rəhbərləri və digər iştirakçılar müxtəlif təkliflərlə çıxış ediblər. Təkliflərdən biri də Türkiyədəki diaspor təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi, birgə fəaliyyəin təmin edilməsi məqsədilə Koordinasiya Şurasının yaradılması ilə bağlı olub. Bununla bağlı işçi qrupu yaradılıb və Şuranın fəaliyyətini tənzimləyəcək sənədləşmə işlərinin həyata keçirilməsi qrupa həvalə olunub. Görüş sual-cavab formatında müzakirələrlə yekunlaşıb.

Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti