İnam Kərimov İmişlidə vətəndaşlarla görüşəcək

İnam Kərimov İmişlidə vətəndaşlarla görüşəcək
  17 Dekabr 2018    Oxunub:2015
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov 22 dekabr 2018-ci il tarixdə, saat 11:00-da İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında İmişli, Xocavənd, Füzuli və Beyləqan rayonlarının sakinləri ilə görüşəcək.
Nazirlikdən Azvision.az -a verilən xəbərə görə, görüşdə iştirak etmək istəyənlər İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-758-80-00) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Azvision.az



Teqlər: KTN   Nazir   Qəbul  





Xəbər lenti