“FETÖ-çülərin Türkiyəyə təhvil verilməsi yaxşı təcrübədir” - Azər Cəfərov

   “FETÖ-çülərin Türkiyəyə təhvil verilməsi yaxşı təcrübədir” -  Azər Cəfərov
  17 Dekabr 2018    Oxunub:2983
“Son hadisələr, o cümlədən ötən həftə Strasburqda terror aktının baş verməsi bu ümumbəşəri bəla ilə mübarizədə yeni mexanizmlərin tətbiq edilməsini, birgə səyləri daha da gücləndirməyi vacib edir. Bu, hüquq çərçivəsində olmalıdır. Terrorçuluqla mübarizədə ekstradisiya, hüquqi yardım sahəsində əməkdaşlığa diqqət artırılmalıdır”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın ədliyyə nazirinin müavini Azər Cəfərov Bakıda keçirilən II Avrasiya Hüquq Qurultayında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, Azərbaycan universal və regional konvensiyalardan gələn tələbləri vicdanla yerinə yetirməklə kifayətlənməyərək, ekstradisiya və hüquqi yardım haqqında xüsusi qanunlar da qəbul edib:

"Bu, xarici tərəfdaşlarımızla əməkdaşlığı müqavilə olmadan belə, həyata keçirməyə imkan verir, bütövlükdə terrorun qarşısının alınması üçün əlavə mexanizmdir: FETÖ terror təşkilatının üzvlərinin ifşa edilərək Türkiyəyə təhvil verilməsi bu sahədə əməkdaşlığın yaxşı təcrübələrindəndir”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Azər-Cəfərov  





Xəbər lenti