Türkiyə səfiri: “Azərbaycan torpaqlarının işğalı ən böyük ədalətsizlikdir”
Səfir bildirib ki, Dağlıq Qarabağ probleminin həll edilməməsi beynəlxalq hüquq baxımından utancvericidir: “Biz Qarabağda, Fələstində və digər yerlərdə axan göz yaşlarını dindirə bilmiriksə, deməli, insanlıq yaralıdır. Bu istiqamətdə hər hansı bir fəaliyyət də görmürük”.
Diplomatın sözlərinə görə, bütün ölkələr davranışlarını qanuni şəkilə salmaq üçün beynəlxalq hüquqa uyğun səbəblər yaratmağa çalışır: “İraqda, Əfqanıstanda, Suriyada baş verənlər bu qəbildəndir. Dünyada böyük ədalətsizlik, haqsızlıq var”.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Türkiyə Azərbaycan Qarabağ