“Azərbaycan hökuməti bütün kompensasiyaları ödəyir” - Çingiz Əsgərov
O, qeyd edib ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrasında hər şey qaydasındadır: “Bununla bağlı həm fərdi, həm də ümumi xarakterli tədbirlər həyata keçirilir. Azərbaycan hökuməti bütün kompensasiyaları ödəyir. Kompensasiyaların ödənilməsi üçün hər hansı müddət məhdudiyyəti yoxdur.
Lakin Avropa Məhkəməsinin qərarlarında belə bir qayda var ki, əgər kompensasiya 3 ay müddətində ödənilmirsə, həmin məbləğin üzərinə cüzi miqdarda faiz gəlir. Bu da dövlətlər üzərinə həmin kompensasiyanın tez bir zamanda ödənilməsi üçün hüquqi öhdəliklər qoymur".
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Azərbaycan PA İnsan-Hüquqları