Qızılağacda qanunsuz ov edən saxlanılıb

Qızılağacda qanunsuz ov edən saxlanılıb
  17 Dekabr 2018    Oxunub:1755
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Qızılağac Milli Parkının ərazisində ova cəhd edən şəxsi saxlayıblar.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Masallı rayon sakini Əlikram İsmiyev olduğu müəyyənləşib. Ondan ov silahı götürülüb.

Faktla bağlı Ə.İsmiyev barəsində akt, protokol tərtib olunub və o, 1000 manat məbləğində cərimələnib.

Azvision.az



Teqlər: ETSN   Qızılağac   Ov  





Xəbər lenti