Bazarlara nəzarət gücləndirilir

   Bazarlara nəzarət gücləndirilir
  18 Dekabr 2018    Oxunub:1710
"Bu gün baytarlıq nəzarətində özəl sistemin qurulması əsas təşəbbüsdür"
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri – Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev baytarlıq nəzarətinin təşkili barədə danışarkən deyib.

AQTA rəsmisi bildirib ki, dünya təcrübəsinə əsasən, xidmət sahəsində sahibkarın baytar həkimi ilə iş birliyi olmalıdır. "Mütəxəssis leqal şəkildə müəyyən qurum tərəfindən qeydiyyatdan keçməlidir. Bizim ölkədə bu istiqamətdə işlərə başlanılacaq. AQTA-da müvafiq qeydiyyatdan keçdikdən sonra mütəxəssislər baytar kimi özəl sahədə heyvanların müalicəsində iştirak edəcəklər. Mütəxəssis kifayət qədər təcrübəli olmalıdır".

Q.Əbdüləliyev qeyd edib ki, baytarlıq nəzarəti strukturuna daxil olan bazarlarda və kəsim məntəqələrində fəliyyət göstərən baytarlıq sanitariya ekspertiza laboratoriyaların təkmilləşməsi üzərində iş gedir. "Sovet dönəmində məhsul kolxoz və sovxozlarda istehsal olunurdu. Orada istehsal olunan məhsula nəzarət var idi. Bu gün ölkədə istifadə olunan südün 5 faizi iri təsərrüfatlardan gəlir. Bazarda satılan süd məhsulların əksəriyyəti xırda ailə təsərrüfatlarında istehsal olunur. Bazar rəhbərliyi məhsulun keyfiyyətinə nəzarət etmədən satışa buraxır. Artıq burada təmzimləmə prosesi olacaq".

Aytən Zəhra
Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti