“Bizi təhqir edirlər, nüfuzdan salırlar” - Tahir Kərimli şikayətləndi

    “Bizi təhqir edirlər, nüfuzdan salırlar” -    Tahir Kərimli şikayətləndi
  18 Dekabr 2018    Oxunub:2294
“Hazırlanmaqda olan “Mətbuat Şurası haqqında” qanun layihəsi ilə tanış oldum, bunun qəbul edilməsini zəruri sayıram. Jurnalistlərin təklifini faydalı hesab edirəm. Həm jurnalistlərin hüquqularının müdafiəsi sayəsində, həm də onların cəzalandırılması mexanizmləri haqqında məsələnin qoyulması düzgüdür. Bu, eyni zamanda teleradio şurası haqqında qanuna da aid edilməlidir”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib. Deputat bəzi jurnalistləri tənqid edib, həmçinin sosial şəbəkələrdən şikayətlənib.

“Mənim tanıdığım jurnalistlər var, onlar işinə ciddi yanaşır. Sanki mətbuat, sosial şəbəkələr uşaqlarımızın şəxsiyyətini uşaqlıqdan öldürməklə məşğuldur. Onlar azmış kimi, parlamenti də gözdən salırlar. Sanki sosial şəbəkələrə bir informasiya yemi lazımdır. Bir sözü dəyişirlər, konteksdən çıxarırlar, onlar da ağzına gələnləri deyirlər. İstənilən səviyyədə dövlət adamını təhqir edirlər. Abırsız, həyasız vəziyyətə salırlar. Ailə tərbiyəsi görümüşük, 50-60 il yaşamışıq, heç vaxt o sözləri eşitməmişik. Heç uşaqlıqdan valideynlərimizi bizi çölə buraxmayıb ki, həmin sözləri eşidək. Gözlərimiz görür, qulaqlarımız eşidir , bizi açıq şəkildə təhqir edirlər. Hər birimizin təhqir olunması, eyni zamanda bütün parlamentin, dövlətin də nüfuzunun aşağı salınması deməkdir. Bu məsələlərə son qoymaqdan ötrü mexanizm hazırlanmalıdır”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Tahir-Kərimli   Deputat  





Xəbər lenti