Ermənistanda baş leytenant hərbi qulluqçunu güllələdi

 Ermənistanda baş leytenant hərbi qulluqçunu güllələdi
  18 Dekabr 2018    Oxunub:5825
Ermənistan ordusunda növbəti silahlı insident baş verib.

Azvision.az "News.am" saytına istinadən xəbər verir ki, "N" saylı hərbi hissənin baş leytenantı Q.M. tabel avtomat silahından atəş açaraq müqavilə əsasında xidmət edən Armen Arutyunyanı bud nahiyəsindən yaralayıb.
Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti faktı təsdiqləyib. İddia edilib ki, hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, son vaxtlar Ermənistan ordusunda silahlı insidentlərin sayı kəskin artıb.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti