“Himnimizi yüksək səviyyədə aranjiman etmək olar” - Firəngiz Əlizadə
Bu barədə Azvision.az -a Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib. Onun sözlərinə görə, dövlət himni melodiya dəyişmədən aranjiman oluna bilər.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Tahir Kərimlinin sözlərinə görə, himnimiz beynəlxalq səviyyədə yenidən aranjiman olunacaq. O, deyib ki, Dağlıq Qarabağı işğaldan azad etməyi istəyən bir millətin himni daha əzəmətəli və keyfiyyətli olmalıdır.
Xatırladaq ki, Tahir Kərimli bundan əvvəl çıxışlarının birində himnin həcminin azaldılmasını təklif etmişdi. Onun təklifi birmənalı qarşılanmamış, etirazlara səbəb olmuşdu.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Firəngiz-Əlizadə Himn