Azərbaycanla Gürcüstan arasında enerji danışıqları
Görüşdə Azərbaycan-Gürcüstan Elektroenergetika sisteminin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi edilib. Eyni zamanda tərəflər arasında mövcud olan müqavilə münasibətlərinə dair müzakirələr və 330 kV-luq ikidövrəli ötürücü xəttinin inşası üzrə geniş müzakirələr aparılıb.
Müzakirələrin yekunundan sonra Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı memorandum imzalanıb.
Azvision.az
Teqlər: Azerenerji