72 əlil müalicə müəssisələrinə göndərilib

72 əlil müalicə müəssisələrinə göndərilib
  19 Dekabr 2018    Oxunub:1208
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 72 nəfər əlilliyi olan şəxs Naxçıvan MR-dəki müalicə müəssisələrinə göndərilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, onlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıblar.

Əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpasına, reabilitasiyasına xidmət edən işlər ildən-ilə güclənir. Fiziki məhdudiyyətli vətəndaşların sanator-kurort yollayışları ilə təminatı da həyata keçirilməkdədir.

Yola salınan şəxslərin 22 nəfəri “Duzdağ” Fizioterapiya mərkəzində, 29 nəfəri Darıdağ Arsenli Su Müalicəxanasında, qalan 21 nəfəri isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 10 gün müddətində müalicə kursu keçəcəklər.

Bu ayın əvvəlindən artıq 117 nəfər əlilliyi olan şəxsin Naxçıvan MR-dəki müalicə müəssisələrində müalicə kursu keçmələri təşkil edilib.

Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti