Düşmən atəşkəsi 24 dəfə pozub

  Düşmən atəşkəsi 24 dəfə pozub
  19 Dekabr 2018    Oxunub:2078
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
Azvision.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Nəmirli, Kəngərli, Sarıcalı, Mərzili, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Azvision.az



Teqlər: Cəbhə   Atəşkəs  





Xəbər lenti