İşdən çıxarılan, yeni təyinat alan icra başçıları - FOTOLAR

İşdən çıxarılan, yeni təyinat alan icra başçıları -  FOTOLAR
  19 Dekabr 2018    Oxunub:38125
2018-ci il ölkəmizdə bir çox hadisələrlə yadda qaldı. Siyasi yeniliklər, iqtisadi istilahatlarla yanaşı, bəzi məmurlar vəzifələrini itirdi, onları yeni kadrlar əvəzlədi. Bu il digər sahələrdə olduğu kimi icra hakimiyyətlərində də rəhbər dəyişiklikləri oldu.
Azvision.az cari ildə işindən azad olunan və yeni təyin edilən icra başçıları ilə bağlı məlumatları oxuculara təqdim edir:



Fevralın 2-də Əziz Əzizov Cəlilabadın icra başçısı vəzifəsindən azad edilib. Prezidentin sərəncamı ilə o, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı vəzifəsinə təyinat alıb.



Fevralın 6-da Prezident Cəlilabada yeni başçı təyin edib. Sərəncama əsasən, icra başçısı postu Namiq Zeynalova həvalə olunub.

Məlumat üçün bildirək ki, N.Zeynalov bu təyinata qədər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb.



Mayın 17-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla adı dəfələrlə mətbuatın gündəmində olan Xaləddin İsgəndərov Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


(Rövşən İbrahimov)

Digər bir təyinat mayın 18-də baş tutub. Belə ki, Prezidentin sərəncamı ilə Natiq Aslanov işdən çıxarılıb, Rövşən İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.



İyunun 1-də isə Ramiz Yediyarov Gədəbəydəki rəhbər postundan kənarlaşdırılıb.



5 gündən sonra - iyunun 6-da dövlət başçısının müvafiq sərəncamı ilə Raqub Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.



Həmin gün Elxan Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


(Tofiq Zeynalov)

İyunun 7-də Prezident Tofiq Zeynalovu Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Dövlət başçısının digər sərəncamı ilə Məmməd Məmmədov Tovuza rəhbər gətirilib.



Avqustun 28-də dövlət başçısının imzaladığı sərəncamla Vaqif Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.



Prezidentin digər sərəncamı ilə İbrahim Mustafayev isə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.



Prezident avqustun 28-də Elmar Vəliyevi Gəncənin icra başçısı vəzifəsindən kənarlaşdırıb.



Həmin gün Niyazi Bayramov Mingəçevirin rəhbəri postundan azad edilərək, Gəncənin yeni icra başçısı təyin edilib.



Oktyabrın 5-də Vaqif Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.



Oktyabrın 30-da Prezident İlham Əliyev Şamaxının icra başçısını dəyişib. Ölkə başçısının sərəncamı ilə Asif Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini itirib. Digər bir sərəncamla Asif Ağayev Beyləqana rəhbər göndərilib.



Şamaxı rayonuna isə keçmiş jurnalist Tahir Məmmədov təyinat alıb.



Həmin gün ölkə başçısının sərəncamı ilə Vüqar Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. V.Zeynalov bu təyinata qədər Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi olub.



Noyabrın 15-də Prezident İlham Əliyev Bakı şəhərinə yeni mer təyin edib. Bu vəzifə Eldar Əzizov a həvalə olunub.

Qeyd edək ki, E.Əzizov 16 iyul 2018-ci il tarixli sərəncamla Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunmuşdu. Daha öncə isə Səbailin icra başçısı işləyib.



Dekabrın 13-də dövlət başçısının imzaladığı sərəncamla Razim Məmmədov Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad olunub.



Dekabrın 17-də isə İlham İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. O, bu təyinatadək Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: İcra   Başçı   Təyinat  





Xəbər lenti