Həbsxanalarda yeni müalicə proqramları tətbiq ediləcək

Həbsxanalarda yeni müalicə proqramları tətbiq ediləcək
  19 Dekabr 2018    Oxunub:1610
Penitensiar müəssisələrdə saxlanılan şəxslər arasında xəstəliklərin diaqnostikası yaxşılaşdırılacaq, habelə məhkumlar arasında vərəmin aşkarlanması işi təkmilləşdiriləcək və vərəmə yoluxmanın qarşısının alınması üzrə fəaliyyətin səmərəliliyi artırılacaq.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Proqramda bildirib ki, həbs edilmiş şəxslər və məhkumlar arasında qanla ötürülən infeksiyaların yayılmasının profilaktikası, narkomanların müalicəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə penitensiar müəssisələrdə preventiv tədbirlər gücləndiriləcək və yeni müalicə proqramları tətbiq ediləcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Proqram   Məhkum  





Xəbər lenti