Məhkumlar ailələri ilə videogörüntü ilə danışacaq

  19 Dekabr 2018    Oxunub : 1387
 Məhkumlar ailələri ilə videogörüntü ilə danışacaq
Penitensiar xidmət müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha səmərəli təmin olunması məqsədilə müasir İKT-ni tətbiq etməklə məhkumlarla videogörüş imkanı təşkil ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda bildirilib.

Proqramda qeyd olunub ki, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların səmərəli icrası məqsədilə elektron nəzarət vasitələrinin tətbiqinin təkmilləşdirilməsi üçün tədbirlər görüləcək.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Məhbus   Videogörüş