Ədliyyə naziri qəbul keçirəcək

  19 Dekabr 2018    Oxunub : 1069
Ədliyyə naziri qəbul keçirəcək
Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən dekabrın 21-də Kürdəmir rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, Kürdəmir rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Kürdəmir şəhəri, Bakı prospekti, 18) keçiriləcək qəbulda Kürdəmir, UcarAğsu rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Göyçay regional ədliyyə idarəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 661-81-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Kürdəmir rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Azvision.az

Teqlər: Fikrət-Məmmədov   Qəbul