Türkiyə ABŞ-a qarşı məhkəməni uddu

   Türkiyə ABŞ-a qarşı məhkəməni uddu
  19 Dekabr 2018    Oxunub:3878
Ankara Türkiyədən ABŞ-a ixrac edilən polad və alüminiuma qoyduğu əlavə gömrük rüsumlarına görə Vaşinqtona qarşı Ümumdünya Ticarət Təşkilatında irəli sürdüyü şikayət ərizəsi üzrə məhkəmə prosesini qazanıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Rühsar Pekcan bəyan edib.

“Türkiyə 18 dekabrda Ümumdünya Ticarət Təşkilatında ABŞ-a qarşı məhkəmə prosesini udub. İşə Ümumdünya Ticarət Təşkilatı sistemindəki mübahisələrin nizamlanması mexanizmi çərçivəsində baxılıb” – Pekcan Anadolu agentliyinə bildirib.

Türkiyəli nazir onu da əlavə edib ki, Ümumdünya Ticarət Təşkilatında polad və alüminiumla ticarət sahəsində böyük işlər görülüb.

Xatırladaq ki, avqustun 10-dan etibarən ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma müvafiq olaraq 50% və 20%-lik gömrük rüsümu tətbiq edib. Trampın bu qərarı nəticəsində türk lirəsi dollar qarşısında rekord tarixi enişini yaşayaraq 40 faiz ucuzlaşıb. Ankara da cavabında ABŞ-dan idxal olunan 22 adda məhsula 533 milyon dollar həcmində əlavə tariflər tətbiq edib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Türkiyə   ÜTT   ABŞ  





Xəbər lenti