“Qızlarda skleroz riski oğlanlardan 2-3 dəfə artıqdır” - Kafedra müdiri

   “Qızlarda skleroz riski oğlanlardan 2-3 dəfə artıqdır” -    Kafedra müdiri
  20 Dekabr 2018    Oxunub:3742
"Əgər qohumlar arasında 1-ci dərəcəli dağınıq sklerozlu xəstələr varsa, bu, uşaqlarda riski 2-4 faiz artır"

Azvision.az xəbər verir ki, bu Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Nevroloqların Milli Assosiasiyasının prezidenti Rəna Şirəliyeva bildirib.
Onun sözlərinə görə, cinsi yetkinlik yaşlarında qızlarda oğlanlara nisbətən dağınıq sklerozla bağlı risk 2-3 dəfə artıq olur: "Bu xəstəliyə daha çox gənc yaşlarda, 3-5 faiz halda uşaq yaşlarında təsadüf edilir. Uşaqlarda xəstəlik daha kəskin və aqressiv başlayır. Lakin böyüklərə nisbətən remissiyaya daha tez çatırlar. Belə ki, uşaqlarda xəstəliyin kəskinləşmə dövrü 4 həftəyə kimi ola bilirsə, böyüklərdə bu müddət 8 həftəyə qədər arta bilər".

R.Şirəliyeva qeyd edib ki, uşaqlar böyüklərə nisbətdə orta və ağır əlilliyə daha tez məruz qalırlar: "Dağınıq skleroz daim diqqət mərkəzindədir və ciddi diaqnostik çətinliklərlə qarşılanır: Dünyada il ərzində 110 xəstədə dağınıq skleroz aşkarlanır ki, onlara lazım olmayan dərmanlar verilir. Bu da xəstəliyi düzgün müalicə etməsinə maneədir. Siqaret çəkmək və vitamin C çatışmazlığı yüksək risk faktoru kimi qiymətləndirilir. Qəbul edilən dərmanlar əsasən xəstəliyin gedişinə təsir edir və ağırlaşma, eləcə də kəskinləşmənin qarşısını ala bilir".

Aytən Zəhra
Azvision.az





Teqlər: Skleroz  





Xəbər lenti