“5-dən çox uşağı olanı cərimələmək lazımdı” - Redaktorlar Facebookda

“5-dən çox uşağı olanı cərimələmək lazımdı” - Redaktorlar Facebookda
  05 Noyabr 2013    Oxunub:780
“Başınızı yarmaq əvəzinə işlətməyə çalışın”
AzVision.az “Məşhurların facebook gündəliyi” rubrikasında bu dəfə redaktorların Facebook sosial şəbəkəsində paylaşdıqları maraqlı statusları təqdim edir:

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay :“Elə bir görüntü yaradılır ki, sanki məmləkət böyük bir səhnədi. Yaxşı, tutalım səhnədi, səhnədə faciə də oynanılmalıdır axı...”

“525-ci” qəzetin redaktoru Rəşad Məcid: “5-dən çox uşağı olanı cərimələmək lazımdı, nəinki kompensasiya vermək .(çin təcrübəsi)”

“Gündəlik Teleqraf" qəzetinin redaktoru Taleh Şahsuvarlı:: “Məhərrəmlik gəlmişkən deyim, bəlkə lazımınız olar. İmam Hüseyn özü-özlüyündə heç bir fövqəl gücə malik deyildi, heç özü də babası kimi Allahla danışdığını, şeytanın biləyindən yapışdığını, Cəbrayılı düyməsini basaraq lift çağırırmış kimi yerə endirdiyini iddia etmirdi. Onun əsas məziyyəti bu idi ki, Məhəmməd öləndən sonra Əlinin xəlifəlik haqqının yeyildiyinə, Əlidən sonra isə hakimiyyətin məhz sülaləsinə keçməsinin gərəkdiyinə inanır və bu iddiası yönündə çalışırdı. Amma iddiası ilə imkanları üst-üstə düşmədiyindən tarixdəki yüzlərlə taxt həvəskarı kimi qətlə yetirildi. Qısacası, məhərrəmliyin islamın ehkamlarına dəxli yoxdur, Məhəmməddən sonra hakimiyyətə kimin gəlməsi, Əlidən sonra xəlifəliyin niyə onun övladlarına keçməməsi kimi məsələlər tarixçilərin araşdırma mövzusu olmaqdan başqa, Azərbaycan üçün heç nə ifadə etmir. Qısacası, başınızı yarmaq əvəzinə işlətməyə çalışın”.

“APA” Holdinqin prezidenti Vüsalə Mahirqızı: “Biranddan sonra Türkiyə kanallarında xəbər izləmək həvəsim yoxdu. Məni heç bir aparıcının xəbər təqdimatı cəlb eləmir. İndi özümü məcbur edirəm FOX Xəbərə baxım. Heç alınmır...”

“AzVision.az” saytının redaktoru Vüsal Məmmədov: “Fikir vermişəm, dinə və dindarlara qarşı çıxış edənlər bir müddət sonra həmin mövzuda aqressivləşirlər. Mən özüm də daxil olmaqla. Halbuki, əvvəlcə belə deyildik. Bunun səbəbi odur ki, birilərinə məntiqlə, ağılla, arqumentlə başa salırsan, qanmır, sənə həqarət edir, nəticədə özün başlayırsan dəli olmağa. Ya gərək dindarlarla ümumiyyətlə, din mövzusunda danışmayasan, ya da ki, bir müddətdən sonra aqressivləşməmək mümkün olmur”.

“AzNews.az” saytının redaktoru Ramil Məmmədli: “Hәqiqәtә, dünyаdа bаş vеrәnlәrә, üç şәr qüvvәnin cinаyәtlәrinә, хаlqlаrın istismаrınа, islаm gеrçәkliklәrinә, tәcаvüzә bigаnә qаlаrаq, Kәbәnin bаşınа dоlаnmаq İblisin bаşınа dоlаnmаqdır!”

Mirvari



Teqlər:  





Xəbər lenti