“Aqrolizinq”in 14 ildə gördüyü işlər açıqlanıb

“Aqrolizinq”in 14 ildə gördüyü işlər açıqlanıb
  20 Dekabr 2018    Oxunub:2703
"Aqrolizinq" ASC fəaliyyət göstərdiyi 14 il ərzində 42-44 min arası aqrar texnika ölkəyə idxal olunaraq satılıb və ya lizinqə verilib.
Azvision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib.

Nazirlik rəsmisi bildirib ki, bu müddətdə 35 mindən çox damazlıq heyvan satılıb və ya lizinqə verilib, ölkəyə 795 min ton gübrə, 300 min pestisid gətirilib, lizinqə verilib.

V.Hüseynov qeyd edib ki, "Aqrolizinq" ASC-nin 55 bölgədə aqroservisləri fəaliyyət göstərir: "Aqrotexniki xidmət servisləri investisiya üsulu ilə özəlləşdirməyə çıxarılacaq. Özəlləşdirmə mərhələli şəkildə təşkil ediləcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Aqrolizinq  





Xəbər lenti