İmişli “ASAN Həyat” kompleksində konsert olacaq

İmişli “ASAN Həyat” kompleksində konsert olacaq
  21 Dekabr 2018    Oxunub:2837
Dekabrın 23-də “ASAN xidmət” və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, ASAN Radionun media dəstəyi ilə İmişli “ASAN Həyat” kompleksində konsert proqramı təşkil olunacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Azvision.az -a bildiriblər ki, tədbir Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il, “ASAN xidmət” işçilərinin peşə bayramı günü və ASAN Radionun 3 yaşına həsr olunur.

“ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konsepsiyanın istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN həyat” Kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio olan ASAN Radio Prezident İlham Əliyevin tapşırığı ilə yaradılıb və 2015-ci il dekabrın 24-də yayıma başlayıb.

Azvision.az


Teqlər: ASAN-xidmət  





Xəbər lenti