Bakcell Yeni ilə hazırdır

Bakcell Yeni ilə hazırdır
  22 Dekabr 2018    Oxunub:3031
"Bakcell şirkəti 31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il tədbirlərinə hazırlaşır".
Azvision.az xəbər verir ki, bunu "Bakcell" şirkətinin Texniki şöbəsinin əməkdaşı Oruc Sadıqov deyib. Onun sözlərinə görə, həmişə 31 dekabr Dünya azərbaycanlıların həmrəylik günü və Yeni il tədbirində mobil şəbəkə xidmətlərinə olan tələbat artır.

"Həmin gün mobil şəbəkələrdən istfadə çoxalır, və abonentlərimizin məmnuniyyətini təmin etmək məqsədi ilə biz çalışırıq ki, mobil şəbəkənin sürəti və tutumunun artırılması üçün bütün lazımi tədbirlər görülsün. İndidən bayram günü insanların kütləvi toplaşacağı məkanlarda əlavə avadanlıqlar quraşdırılır. Həmişə olduğu kimi kəsintisiz və yüksək keyfiyyətli mobil rabitə xidmətlərini təmin etmək üçün tam qüvvəmizlə çalışacağıq".

Azvision.az



Teqlər: Bakcell  





Xəbər lenti