Sürüşmə sahələrindəki vəziyyət açıqlanıb

   Sürüşmə sahələrindəki vəziyyət açıqlanıb
  22 Dekabr 2018    Oxunub:1685
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Bakıdakı sürüşmə sahələrində monitorinqləri davam etdirirlər. Tədqiqatların nəticələrinə görə, son günlər yağan yağış nəticəsində bəzi sürüşmə ərazilərində prosesin dinamikasında nisbi fəallıq müşahidə edilib.
Azvision.az xəbər verir ki, bu barədə nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov məlumat verib.

ETSN rəsmisi bildirib ki, Səbail rayonunun Badamdar sürüşmə sahəsində yamacın yuxarı hissəsində uçqun töküntü prosesinin əlamətlərinə rast gəlinib.

Analoji hal Suraxanı rayonunun Zığ sürüşmə sahəsində də müşahidə olunub. Prosesin dinamikası nisbətən aktivləşib. Lakin sürüşmə sahələrində elə bir ciddi fəsad qeydə alınmayıb. Həmin ərazilərdə stabil vəziyyət saxlanılmaqdadır.

Azvision.az



Teqlər: ETSN   Sürüşm  





Xəbər lenti