Avstriyada Həmrəylik Günü qeyd olunub

Avstriyada Həmrəylik Günü qeyd olunub
  23 Dekabr 2018    Oxunub:1657
Avstriyanın Zaltsburq şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Azvision.az xəbər verir ki, Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkil etdiyi tədbirdə bu ölkədə yaşayan soydaşlarımızla yanaşı yerli ictimaiyyətin nümayəndələri və digər diaspor təşkilatlarının üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlayıb. Sonra Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov tədbiri açıq elan edərək, iştirakçılara Cəmiyyətin məqsəd və məramı barədə məlumat verib. Həmrəylik Günü barədə danışan F.Əzizov bu gün xaricdə yaşayan soydaşlarımız arasında birliyin nə qədər vacib olmasını vurğulayıb, onların yaşadıqları ölkədə yerli mühitə inteqrasiya edərək, Azərbaycan haqqında həqiqətləri yerli ictimaiyyətə çatdırmağa çağırıb.

Avstriyada yaşayan azərbaycanlı iş adamı Rauf Kamil müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın uğurlarından söz açıb və təşkilata fəaliyyətində uğurlar arzulayıb.

Sonda tədbirdə iştirak edən körpələrə hədiyyələr təqdim olunub.

Azvision.az



Teqlər: Avstriya   Həmrəylik-Günü  





Xəbər lenti