Bakıda möhtəşəm atəşfəşanlıq olacaq

   Bakıda möhtəşəm atəşfəşanlıq olacaq
  24 Dekabr 2018    Oxunub:4182
Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə dekabr ayının 31-i saat 24:00-da paytaxtın Dənizkənarı Milli Parkının ərazisində möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.
Bakı Şəhər İcra Hakimiyyətindən Azvision.az -a verilən məlumata görə, Bayram şənlikləri münasibəti ilə Azadlıq Meydanında şəhərin ən iri yolkası quraşdırılıb. Eyni zamanda Dənizkənarı Milli Parkın ərazısı və digər parklar bəzədilib, yolkalar qurulrub, buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributların və simvollarınin, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması, burada bayram tərtibatının aparılması işləri həyata keçirilib, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.

Bakı Şəhər İcra Hakimiyyəti sakinləri və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-də saat 24.00-da Dənizkənarı Milli Parka, saat qülləsinin ətrafına dəvət edib.

Azvision.az


Teqlər: Bakı   Atəşfəşanlıq  





Xəbər lenti