“Yaşıl Dəhliz” prezidentin sahibkarlara Yeni il hədiyyəsidir - DGK sədri

  “Yaşıl Dəhliz” prezidentin sahibkarlara Yeni il hədiyyəsidir -    DGK sədri
  24 Dekabr 2018    Oxunub:2906
"Ölkədə aparılan islahatlar, nəqliyyat dəhlizlərinin yenidən qurulması, neft sektorunda önəmli layihələrin icrası ticarətin asanlaşdırılmasına xidmət edir".
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev "Yaşıl Dəhliz" buraxılış sisteminin tətbiqi ilə bağlı keçirilən forumda deyib.

DGK sədri bildirib ki, "Yaşıl Dəhliz" cənab prezident İlham Əliyevin sahibkarlara və dövlət məmurlarına Yeni il hədiyyəsidir:

""Yaşıl dəhliz" sistemi özünü idarəetməyə yol açır. Bununla sahibkarlar idxal-ixrac əməliyyatlarını ofislərindən apara biləcəklər. Bu xidmət fevral ayının 1-dən tətbiq olunmağa başlayacaq. Sahibkarlar artıq gömrük məmurunu görmədən öz əməliyyatlarını həyata keçirə biləcəklər. Bu da şəffaflığın təmin olunmasına, məmur-vətəndaş münasibətlərinin minumuma endirilməsinə gətirib çıxaracaq. Həmçinin vaxt məhdudiyyətini aradan qaldıracaq, logistik xidmətlərə çəkilən xərcləri sıfıra endirəcək".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: DGK   Səfər-Mehdiyev  





Xəbər lenti