İlham Əliyev: “Bu il Putinlə 6 dəfə görüşmüşük” - VİDEO

 İlham Əliyev:  “Bu il Putinlə 6 dəfə görüşmüşük” -  VİDEO
  24 Dekabr 2018    Oxunub:3506
"Azərbaycanla Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması və birgə istehsal müəssisələrinin yaradılması üçün sərmayədarlara güzəştli şərait yaradılır".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Rossiya-24” telekanalına müsahibəsində deyib. Dövlət başçısı vurğulayıb ki, il ərzində rusiyalı həmkarı ilə keçirdiyi bütün görüşlər səmərəli nəticə verib.

“Bu il Azərbaycanla Rusiya arasındakı münasibətlər çox sürətlə inkişaf edib. Prezident Vladimir Putinlə mənim Rusiyaya rəsmi səfərim və onun Azərbaycana səfəri, eləcə də beynəlxalq tədbirlər çərçivəsində 6 dəfə görüşmüşük. Və bu görüşlərin hər biri nəticə verib. Qarşılıqlı əməkdaşlığımızın müxtəlif istiqamətlərinin inkişafı üzrə yol xəritələri işlənib hazırlanıb. Mən şadam ki, bu gün həm azərbaycanlı, həm də rusiyalı sərmayədarlar ölkələrimizin iqtisadiyyatına investisiyalar qoyurlar. Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, birgə istehsal müəssisələrinin yaradılması üçün güzəştli şərait yaradılır. Düşünürəm ki, bizim müştərək nəqliyyat layihələrimiz ikitərəfli ticarətimizə ciddi təkan verəcək. “Şimal-Cənub” lahiyəsi artıq həyata keçirilir və təkcə bu il biz Azərbaycandan keçən tranzitin həcminin onqat artmasının şahidi olduq. Yəni biz münasibətlərimizə kompleks şəkildə yanaşırıq. Bunun təməli isə tarixi dostluğumuzdur. Bu təməl üzərində biz siyasi münasibətlərimizin çox ciddi bazasını qurmuşuq” - deyə prezident İlham Əliyev vurğulayıb.



Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Rusiya  





Xəbər lenti