Bakıda iki marşrut xətti yenilənir - Fotolar

Bakıda iki marşrut xətti yenilənir -    Fotolar
  24 Dekabr 2018    Oxunub:2842
Dekabrın 26-sından 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla təşkil ediləcək.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a daxil olan məlumata görə, marşrut xəttinin istismarını həyata keçirən əvvəlki daşıyıcının fəaliyyəti tələblərə uyğun qurulmadığı üçün onunla bağlanan müqaviləyə xitam verilib. Belə ki, 64 nömrəli müntəzəm marşrut xətti üzrə hazırda istismarda olan avtobusların texniki baxımdan nasaz olması, sürücülərin peşəkarlıq səviyyəsinin aşağı olması sərnişinlərin haqlı narazılığına səbəb olurdu.



Mütəmadi olaraq Bakı Nəqliyyat Agentliyinə bununla bağlı sərnişinlərdən şikayətlər daxil olurdu. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq daşıyıcı fəaliyyətində müsbətə doğru hər hansı bir addım atmayıb. Qeyd edilən hallar nəzərə alınaraq xətt üzrə müvəqqəti sərnişindaşıma xidmətinin göstərilməsi “General avto kompani” firmasına həvalə edilib.



Həmçinin, sözügedən tarixdən 81 nömrəli müntəzəm marşrut xətti üzrə də sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla təşkil ediləcək.






Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti