Niyazi Bayramov türkiyəli səfirlə görüşüb

  24 Dekabr 2018    Oxunub : 1071
Niyazi Bayramov türkiyəli səfirlə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib.
Azvision.az xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasındakı dosluq və qardaşlıq münasibətlərindən söz açılıb, mövcud əlaqələrin günü-gündən daha da möhkəmləndiyi diqqətə çatdırılıb. Azərbaycanla Türkiyə arasındakı qardaşlıq və dostluq əlaqələrinin sarsılmaz təməl üzərində qurulduğu, bu münasibətlərin hər zaman başqa dövlətlərə nümunə olduğu dilə gətirilib. Qeyd olunub ki, tarixi dostluq, qarşılıqlı etimad və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim inkişaf edir.



Bu münasibətlərin genişləndirilməsində Gəncə də əhəmiyyətli rola malikdir. Son vaxtlar Gəncədə xarici sahibkarlar, o cümlədən qardaş Türkiyənin iş adamları üçün əlverişli şərait və geniş imkanlar yaradılıb. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin "bir millət - iki dövlət" prinsipinə əsaslandığı vurğulanıb. Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Səmimi söhbət şəraitində keçən görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, xatirə şəkli çəkdirilib.

Azvision.az

Teqlər: Gəncə   Türkiyə