Bağçaların ərzaq təminatına nəzarət gücləndirilib
"İdarədən bildirilib ki, bağçalara köhnə, keyfiyyətsiz ərzaq verilməsindən söhbət belə gedə bilməz, yalnız keyfiyyəti şübhə doğuran ərzaqlar dərhal dəyişdirilib. Komissiyanın bütün rayonlardakı uşaq bağçalarında apardıqları yoxlamalarda ciddi nöqsanlar və problemlər aşkar edilməyib. Məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə bağçalara verilən ərzaqların keyfiyyətinin ciddi nəzarətdə saxlanilması, hər hansı problem yaranarsa dərhal məlumat verilməsi tapşırılıb, bildirilib ki, uşaqlar hər zaman ən keyfiyyətli ərzaqlarla təmin olunmalı və bu məsələlərə çox ciddi nəzarət edilməlidir.
Bu işlərdə ictimaiyyət nümayəndələri və ilk növbədə valideynlərin köməyi və məlumatları əsas götürüləcəkdir. Ümumiyyətlə isə 2018-ci il ərzində şəhərin Məktəbəqədər təhsil və uşaq evlərində ərzaq təminatı ilə bağlı hər hansı problemlər yaşanmamış və məsələnin süni surətdə şişirdilməməsi tövsiyə olunur".
BŞİH qeyd edir ki, eyni zamanda Bakı şəhərindəki Məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən qurumlara Yeni il ərəfəsində bağçalara verilən ərzaqların çeşidlərinin artırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Azvision.az